"Mançester Siti" bu futbolçuya görə 57 milyon avro təklif edib
"Mançester Siti" "Milan"ın niderlandlı yarımmüdafiəçisi Ticcani Reyndersi mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, Mançester klubu bu keçid üçün qarşı tərəfə 57 milyon avro təklif edib.
26 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Reynders bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 15 qol 5 asistlə yadda qalıb.