"Mançester Siti" əlcəzairli futbolçu ilə maraqlanır
"Mançester Siti" "Vulverhempton"un əlcəzayirli futbolçusu Rayan Ait Nurini heyətinə qatmaq istəyir.
Sportline.az jurnalist David Ornşteynin məlumatına istinadən xəbər verir ki, Mançester klubu Rayanın meneceri ilə danışıqlar aparır.
23 yaşlı sol cinah müdafiəçisinin transfer dəyəri 35 milyon avrodur.
Qeyd edək ki, Rayan Ait Nuri "Mançester Siti"yə keçməyə müsbət baxır.