"Mançester Siti" İlkay Gündoğanla bağlı qərar verib
"Mançester Siti" klubu türk əsilli futbolçusu İlkay Gündoğanla yolları ayırmağa hazırdır.
Sportline.az xəbər verir ki, yeni mövsümlə bağlı planları dəyişən mançesterlilər, maraqlı təkliflərə açıq olduqlarını bildiriblər.
Bu haqda ingiltərəli jurnalist Ben Yakobs məlumat yayıb.
Onun sözlərinə görə, 34 yaşlı yarımmüdafiəçi komandanın gələn mövsüm üçün planlarına daxil deyil.
Bu səbəbdən, klub rəhbərliyi təcrübəli futbolçu ilə bağlı sərfəli təklifə müsbət cavab verəcək.
Qeyd edək ki, İlkya Gündoğanın transfer dəyəri 7 milyon avrodur.