"Mançester Siti" ingiltərəli futbolçunun xidmətində maraqlıdır

"Mançester Siti" "Nottingem Forest"in ingiltərəli futbolçusu Morqan Gibbs-Vaytın xidmətində maraqlıdır.

Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu üçün "Mançester Siti" mövsümün sonunda rəsmi təklif göndərəcək.

M.Gibbs-Vaytın "Nottingem Forest"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O, cari mövsüm çıxış etdiyi 36 matçda 6 qol 10 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Gibbs-Vaytın hazırkı dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avro olaraq qiymətləndirilir.