"Mançester Siti" "Milan"a 50 milyon avro təklif edib
"Milan"ın niderlandlı futbolçusu Ticcani Reynders "Mançester Siti"nin əsas transfer hədəfinə çevrilib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Mançester Siti" Reynders üçün İtaliya klubuna 50 milyon avro təklif edib.
26 yaşlı yarımmüdafiəçinin "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Ticcani Reynders bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 15 qol 5 asistlə yadda qalıb.