"Mançester Siti" niderlandlı futbolçuya elçi düşüb
"Mançester Siti" "Milan"ın niderlandlı yarımmüdafiəçisi Ticcani Reyndersi heyətinə qatmaq istəyir.
Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, Reynders üçün İngiltərə klubu 50 milyon avronu gözdən çıxarıb.
Klubun baş məşqçisi Pep Qvardiola 26 yaşlı futbolçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Reynders ötən mövsüm çıxış etdiyi 54 matçda 15 qol 5 asistlə yadda qalıb.
Onun "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.