“Mançester Siti” növbəti transferini reallaşdırıb
"Mançester Siti" "Lion"un fransalı futbolçusu Rayan Çerkini heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
İngiltərə klubu Çerki üçün "Lion"a 35 milyon avro ödəyəcək.
Qeyd edək ki, 21 yaşlı futbolçu ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 12 qol 20 asistlə yadda qalıb.