"Mançester Siti" Qvardiol barədə qərar verdi

"Mançester Siti" xorvatiyalı futbolçusu Yosko Qvardiol barədə qərar verib.

Sportline.az xəbər verir ki, "şəhərlilər" 24 yaşlı stopperi satmaq niyyətində deyil.

Bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

Qeyd edək ki, Y.Qvardiolla "Real Madrid" və "Barselona" yaxından maraqlanır.

Banner