"Mançester Siti" və "Arsenal" brazilyalı ulduza göz dikib
"Real Madrid"in brazilyalı futbolçusu Rodriqo İngiltərə klublarının maraq dairəsindədir.
Sportline.az "Diario As" qəzetinə istinadən xəbər verir ki, "Mançester Siti" və "Arsenal" Rodriqonu heyətinə qatmaq üçün hərəkətə keçib.
24 yaşlı vingerin Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rodriqonun mövsümün sonunda "Real Madrid"dən ayrılacağı xəbərləri İspaniya mediasını zəbt edib.