"Mançester Siti" və "Çelsi" italiyalı futbolçunu heyətinə qatmaq istəyir
"Yuventus"un futbolçusu Andrea Kambiaso yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Mançester Siti" və "Çelsi" 26 yaşlı sol cinah müdafiəçisi üçün hərəkətə keçib.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Kambiaso dəyəri 20 milyon avrodur.