"Mançester Siti"də ayrılıq gözlənilir

"Mançester Siti"nin ingiltərəli futbolçusu Ceyms Makate mövsümün sonunda klubu tərk edəcək.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Mançester Siti" Ceyms Makateni satmaq qərarına gəlib.

"Nottingem Forest", "Tottenhem" və "Bayer" 22 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Ceyms Makate bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 7 qolla yadda qalıb.