"Mançester Siti"də ayrılıq gözlənilir

"Mançester Siti"nin sol cinah vingeri Savinyo klubdan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

Sportline.az "O Globo" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.

Mançester klubu Savinyonun transfer qiymətini 60 milyon avro olaraq təyin edib.

Qeyd edək ki, Brazilya millisinin sabiq futbolçusu bu mövsüm 36 rəsmi matçda iştirak edib. Sözügedən oyunçunun aktivində 4 qol, 3 məhsuldar ötürmə var.