"Mançester Siti"dən "Bayer"ə rekord təklif

"Mançester Siti" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Bayer"in almaniyalı futbolçusu Florian Virts "Mançester Siti"yə transfer olmaq ehtimalı yüksəkdir.

İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 150 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Florian Virts bu mövsüm çıxış etdiyi 44 matçda 16 qol 15 məhsuldar ötürmə müəllifi olub.

Onun "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.