"Mançester Siti"ni "Nottingem"ə dəyişir
"Mançester Siti"nin ingiltərəli futbolçusu Ceyms Makate karyerasını "Nottingem Forest"də davam etdirməyə yaxındır.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "Nottingem" bu keçid üçün qarşı tərəfə 25 milyon avro təklif edib.
22 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Ceyms Makate cari mövsüm çıxış etdiyi 27 matçda 7 qolla yadda qalıb.