"Mançester Siti"ni "Real Madrid"ə dəyişə bilər
"Real Madrid" "Mançester Siti"nin futbolçusu Mateuş Nunyeşi heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "El Chiringuito" nəşri məlumat yayıb.
27 yaşlı sağ cinah müdafiəçisinin meneceri Madrid klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, M.Nunyeşin "Mançester Siti" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.