"Mançester Siti"ni "Tottenhem"ə dəyişir - Masada 60 milyon avro olacaq
"Tottenhem" "Mançester Siti"nin futbolçusu Savinyonu heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "O Globo" nəşri məlumat yayıb.
"Şəhərlilər" bu keçid üçün qarşı tərəfdən 60 milyon avro tələb edir.
Qeyd edək ki, Savinyo bu mövsüm meydana çıxdığı 36 matçda 4 qol, 3 asistlə yadda qalıb.