"Mançester Siti"nin müdafiəçisi "Fənərbağça"ya keçə bilər

"Mançester Siti"nin ingiltərəli müdafiəçisi Kayl Uolker karyerasnı Türkiyə Süper Liqasında davam etdirə bilər.

Sportline.az insayder Yağız Sabuncuoğlunun məlumatına istinadən xəbər verir ki, "Fənərbağça" K.Uolkeri transfer etmək üçün danışıqlara başlayıb.

35 yaşlı futbolçunun "Mançester Siti" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Uolker ötən mövsümün 2-ci yarısını "Milan"da icarə əsasında çıxış edib.