"Mançester Yunayted" 35 yaşlı qapıçını heyətinə qatacaq
"Mançester Yunayted" "Lids"in qapıçısı Karl Darlovu heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, "Team Talk" nəşri məlumat yayıb.
35 yaşlı kiperin dəyəri 200 min avrodur.
Qeyd edək ki, K.Darlovun "Lids Yunayted"lə sözləşməsi yayda başa çatacaq.