“Mançester Yunayted” Alex Skott üçün hərəkətə keçdi

“Mançester Yunayted” yay transfer pəncərəsində “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottun transfer imkanlarını araşdırmağa başlayıb.

Sportline.az “BBC” nəşrinə istinadən xəbər verir ki, Mançester klubunun rəhbərliyi 21 yaşlı futbolçunun vəziyyəti ilə bağlı “Bornmut”la ilkin təmas qurub.

Mənbənin məlumatına görə, Aleks Skottun çıxışı bir sıra aparıcı klubların diqqətini cəlb edib. Gənc yarımmüdafiəçi ilə maraqlanan komandalar arasında “Arsenal” da yer alır.

“Bornmut” isə futbolçunu satmağa tələsmir. Premyer Liqa təmsilçisinin Aleks Skott üçün daxil olacaq təklifləri dəyərləndirməzdən əvvəl 70 milyon funt sterlinqdən çox məbləğ tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Skot “Bornmut”un heyətində ötən mövsüm 39 matçda meydanda olub,4 qol 1 asistlə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin 30 iyun tarxində başa çatır. Bundan əlavə o, öz çıxışı ilə Tomas Tuxel tərəfindən bu yay İngiltərə millisinədə dəvət alıb.

Banner