“Mançester Yunayted” Almaniya millisinin müdafiəçisini hədəfə alıb

“Mançester Yunayted” heyətini gücləndirmək üçün “Borrusiya  Dortmund”un müdafiəçisi Valdemar Anton üçün 35 milyon funt-sterlinqlik təklif hazırlayır.

Sportline.az “Team Talk”nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Maykl Karrik bu transferə razılıq verib. Almaniya millisinin üzvü, ötən mövsüm ərzində tez-tez zədələrlə üzləşən Lisandro Martínez və Matthis De Lixt səbəbindən “qırmızı şeytanlar”ın müdafiə xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab olunur.

Antonun üstünlüklərindən biri onun həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi kimi çıxış edə bilməsidir. Bu xüsusiyyət futbolçunu “Yunayted” üçün daha da cəlbedici edir.

Bununla yanaşı, Alman təmsilçisinin yarımmüdafiəçisi Felix Nmeça da “qırmızı şeytanlar"ın maraq dairəsindədir.

Qeyd edək ki, Valdemar Antonun “Dortmund” klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir. 29 yaşlı futbolçunun hazırkı transfer dəyəri isə təxminən 18 milyon avro qiymətləndirilir.

Banner