"Mançester Yunayted" almaniyalı stoperlə anlaşdı
"Mançester Yunayted" "Bayer"in almaniyalı stoperi Conatan Tanı azad agent kimi heyətinə qatacaq.
Sportline.az "Crossy Daily Star" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Conatan Ta ilə razılıq əldə edib.
29 yaşlı futbolçunun "Bayer"dən ayrılacağı dəqiqləşib. O, cari mövsüm çıxış etdiyi 48 matçda 4 qol 1 asistlə yadda qalıb.
Qeyd edək ki, Conatan Ta 2015-ci ilin yayında "Hamburq"dan "Bayer"ə 9.5 milyon avro qarşılığında transfer olmuşdu.