"Mançester Yunayted" "Aston Villa"ya 40 milyon avro ödəməyə hazırdır
"Mançester Yunayted" bu yay heyətinə yeni qapıçı transfer edəcək.
Sportline.az xəbər verir ki, klub rəhbərliyi kamerunlu kiper Andre Onanın çıxışından narazıdır.
"Aston Villa"nın qapıçısı Emilyano Martinez "Mançester Yunayted"in əsas transfer hədəfidir.
Bu keçid üçün "qırmızı şeytanlar" qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
Bu haqda jurnalist Ben Yakops məlumat yayıb.
Qeyd edək ki, Emilyano Martinez "Mançester Yunayted"də çıxış etməyə müsbət yanaşır.
O, ötən mövsüm meydana çıxdığı 53 matçda qapısında 61 top görüb.
Xatırladaq ki, Martinezin "Aston Villa" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O, karyerası ərzində daha əvvəl "Arsenal", "Oksford Yunayted", "Şeffild", "Rotherdam", "Vulverhempton", "Xetafe" və "Ridinq" kimi klubların şərəfini qoruyub.