"Mançester Yunayted" Bellingem üçün hərəkətə keçib

"Sanderlend"in ingiltərəli futbolçusu Cob Bellingem mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Bellingemi transfer etmək niyyətindədir.

19 yaşlı yarımmüdafiəçinin "Sanderlend"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Bellingemin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 22 milyon avro olaraq qiymətləndirilir.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 4 qol 3 asistlə yadda qalıb.