"Mançester Yunayted" brazilyalı futbolçunun transferini bitirib
"Mançester Yunayted" "Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunyanı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
25 yaşlı forvardın transferi bu həftə rəsmi olaraq açıqlanacaq.
Qeyd edək ki, Mateus Kunya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 17 qol 6 məhsuldar ötürmə müəllifi olub.