"Mançester Yunayted" "Brentford"un futbolçusu ilə anlaşıb

"Brentford"un kamerunlu futbolçusu Brayan Embumu karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

25 yaşlı futbolçu üçün "qırmız şeytanlar" 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Brayan Embumunun "Brentford"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

O, ötən mövsüm çıxış etdiyi 42 matçda 20 qol 9 məhsuldar ötürmə müəllifi olub.