"Mançester Yunayted" Delapın sərbəst qalma məbləğini ödəməyə hazırdır
"Mançester Yunayted" "İpsviç"in ingiltərəli futbolçusu Liam Delapın sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Sportline.az jurnalist Rob Dovsonun məlumatına istinadən xəbər verir ki, Delapın sərbəst qalma məbləği 30 milyon avrodur.
22 yaşlı futbolçu "Mançester Yunayted"də çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, L.Delap bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 12 qol 2 asist müəllifi olub.