"Mançester Yunayted" forvardı ilə vidalaşır
"Mançester Yunayted" danimarkalı forvardı Rasmus Höylundla yollarını ayıracaq.
Sportline.az xəbər verir ki, bu haqda "United İn Focus" nəşri məlumat yayıb.
22 yaşlı futbolçu ilə "Milan", "İnter", "Yuventus", "Napoli", "Ayntraxt" və "Leipziq" yaxından maraqlanır.
Qeyd edək ki, Rasmus Höylund ötən mövsüm çıxış etdiyi 52 matçda rəqib qapılarından 10 top keçirib.
Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Rasmus Höylund "Mançester Yunayted"ə "Atalanta"dan 77.8 milyon avro qarşılığında transfer olunmuşdu.