"Mançester Yunayted" fransalı forvardı izləyir
"Mançester Yunayted" bu yay heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "The Times"a istinadən xəbər verir ki, "Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike "Mançester Yunayted"in əsas transfer hədəfidir.
22 yaşlı forvardın Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Ekitikenin transfer qiyməti 100 milyon avrodur.