"Mançester Yunayted" fransalı futbolçu ilə maraqlanır
"Mançester Yunayted" "Marsel"in fransalı yarımmüdafiəçisi Adriyen Rabiyonu transfer etmək niyyətindədir.
Sportline.az "Footmercato"ya istinadən xəbər verir ki, Rabiyo "Mançester Yunayted"dən gələn təklifə müsbət cavab verib.
30 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Rabiyonun "Marsel"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.