“Mançester Yunayted” isveçli forvardı transfer etmək istəyir
"Mançester Yunayted" "Sportinq"in isveçli forvardı Viktor Gyökeresi heyətinə qatmaq niyyətindədir.
Sportline.az jurnalist Loiç Tanzinin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 75 milyon avro ödəməyə hazırdır.
26 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Gyökeres bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 53 qol 13 asistlə yadda qalıb.