"Mançester Yunayted" kamerunlu futbolçu ilə anlaşıb
"Mançester Yunayted" "Bretford"un kamerunlu futbolçusu Brayan Embumu ilə ilkin razılıq əldə edib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberg məlumat yayıb.
25 yaşlı sağ cinah vingeri üçün Mançester klubu 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Brayan Embumu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 20 qol 9 asistlə yadda qalıb.