"Mançester Yunayted" Kazemiro ilə bağlı qərar verib
"Mançester Yunayted" brazilyalı yarımmüdafiəçisi Karlos Enrike Kazemiro ilə yola davam etmək qərarına gəlib.
Sportline.az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, Mançester klubu Kazemiroya yeni müqavilə təklif edib.
33 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kazemiro cari mövsüm çıxış etdiyi 39 matçda 5 qol 3 asist müəllifi olub.
Onun transfer qiyməti 20 milyon avro olaraq təyin olunub.
Xatırladaq ki, Kazemiro 2022-ci ilin yayında "Real Madrid"dən "Mançester Yunayted"ə 70.6 milyon avro qarşılığında transfer olmuşdu.