“Mançester Yunayted” niderlandlı futbolçunu satmaq istəmir
"Mançester Yunayted" niderlandlı futbolçusu Coşua Zirkzeni satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.
İngiltərə klubunun rəhbərliyi Zirkzenin çıxışından razıdır.
Baş məşqçi Ruben Amorim 24 yaşlı futbolçuya güvənir və yeni mövsümdə ona daha çox şans verəcək.