"Mançester Yunayted" portuqaliya futbolçuya göz qoydu
"Mançester Yunayted" heyətini portuqaliyalı futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az "A Bola"ya istinadən xəbər verir ki, "Sportinq"in futbolçusu Pedro Qonçalveş "Mançester Yunayted"in transfer siyahısında yer alıb.
26 yaşlı futbolçunun keçidi üçün İngiltərə klubu qarşı tərəfə 40 milyon avro təklif edib.
Qeyd edək ki, P.Qonçalveş bu mövsüm meydana çıxdığı 20 matçda 6 qol 6 asistlə yadda qalıb.