“Mançester Yunayted” portuqaliyalı futbolçu ilə maraqlanır
"Sportinq"in portuqaliyalı yarımmüdafiəçisi Pedro Qonçalveş "Mançester Yunayted"in əsas transfer hədəfinə çevrilib.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" P.Qonçalveş üçün Portuqaliya klubuna 30 milyon avro ödəməyə hazırdır.
26 yaşlı futbolçunun "Sportinq"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Pedro Qonçalveş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 6 qol 6 məhsuldar ötürmə müəllifi olub.