"Mançester Yunayted" və "Çelsi" transfer yarışına girib
"Milan"ın fransalı futbolçusu Teo Hernandez karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Tutto Mercato"ya istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" T.Hernandez transfer etmək üçün yarışa girib.
27 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Teo Hernandez bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 5 qol 6 məhsuldar ötürmə müəllifi olub.