"Mançester Yunayted" və "Çelsi" transfer yarışına girib

"Bornmut"un futbolçusu Tayler Adams komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 27 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa çalışacaq.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, T.Adams ötən mövsüm meydana çıxdığı 26 matçda 2 qol, 2 asistlə yadda qalıb.

Banner