"Mançester Yunayted" və "Milan" transfer yarışına girib
"Brügge"nin isveçli futbolçusu Aaron Yasari bu yay klubdan ayrıla bilər.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Milan" 22 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.
Yasari üçün Belçika klubu 40 milyon avro tələb edir.
O, bu mövsüm meydana çıxdığı 52 matçda 4 qol 6 asistlə yadda qalıb.