“Mançester Yunayted” “Vulverhempton”a 74.5 milyon avro ödəyəcək

"Mançester Yunayted" "Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunyanı heyətinə qatıb.

Sportline.az jurnalist Felipe Silvanın məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" bu keçid üçün qarşı tərəfə 74.5 milyon avro ödəyəcək.

25 yaşlı forvard bu mövsüm çıxış etdiyi 34 matçda 17 qol 6 asistlə yadda qalıb.