"Mançester Yunayted" yoxsa "Liverpul"?
"Borussiya Dortmund"un futbolçusu Feliks Nimeça karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib.
"Team Talk"un yaydığı məlumata görə, hər iki klub Dünya çempionatından sonra "Dortmund"da təklif göndərəcək.
Qeyd edək ki, F.Nimeça ötən mövsüm meydana çıxdığı 42 matçda 5 qol, 3 asistlə yadda qalıb.