"Mançester Yunayted" Zirkze ilə bağlı qərar verib

"Mançester Yunayted" niderlandlı futbolçusu Coşua Zirkze ilə bağlı qərar verib.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, İngiltərə klubu Zirkzeni satmaq niyyətində deyil.

24 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Zirkze ötən mövsüm meydana çıxdığı 49 matçda 7 qol 3 asistlə yadda qalıb.