"Mançester Yunayted"dən 50 milyon avroluq transfer

"Mançester Yunayted" Sammervili transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn məlumat yayıb.

24 yaşlı sol cinah vingeri transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, Sammervil ötən mövsüm "Vest Hem"in heyətində meydana çıxdığı 34 matçda 7 qol, 5 asistlə yadda qalıb.

Banner