"Mançester Yunayted"dən 65 milyon avroluq transfer
"Mançester Yunayted" "Bormunt"un qanalı futbolçusu Antonio Semenyonu heyətinə qatmaq niyyətindədir.
Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, Mançester klubu Semenyo üçün "Bormunt"a 65 milyon avro təklif edib.
25 yaşlı sol cinah vingerinin klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Semenyo bu mövsüm çıxış etdiyi 40 matçda 11 qol 7 məhsuldar ötürmə müəllifi olub.