"Mançester Yunayted"dən yeni həmlə
"Mançester Yunayted" "Brentford"un ingiltərəli futbolçusu Brayan Embumunu heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
25 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Brayan Embumu bu mövsüm meydana çıxdığı 42 matçda 20 qol 9 asistlə yadda qalıb.