"Mançester Yunayted"i italiyalı mütəxəsis çalışdıra bilər
"Mançester Yunayted" klubun sükanı arxasına "İnter"in italiyalı baş məşqçisi Simone İnzagini gətirmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
49 yaşlı mütəxəsisin "İnter"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, "Mançester Yunayted" Avropa Liqasının finalında "Tottenhem"ə məğlubiyyətindən sonra, baş məşqi Ruben Amorimlə yollarını ayırmaq haqda düşünür.