"Mançester Yunayted"in Delap sevdası
"Mançester Yunayted" "İpsviç"in ingiltərəli futbolçusu Liam Delapı heyətinə qatmaqda israrlıdır.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Delap üçün "İpsviç"ə rəsmi təklif göndərib.
22 yaşlı hücumçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Delap bu mövsüm çıxış etdiyi 38 matçda 12 qol 2 asistlə yadda qalıb.