“Mançester Yunayted”in gözü “Lion”un futbolçusuna düşüb

"Lion"un fransalı futbolçusu Rayan Çerki "Mançester Yunayted"in transfer radarındadır.

Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, Çerki üçün "Lion" ən azı 35 milyon avro tələb edir.

21 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Çerki cari mövsüm çıxış etdiyi 44 matçda 12 qol 20 məhsuldar ötürmə müəllifi olub.