"Mançester Yunayted"in hücumçusu "Barselona"da çıxış edə bilər
"Mançester Yunayted"in hücumçusu Benyamin Şeşko "Barselona"nın maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Marca" nəşri məlumat yayıb.
23 yaşlı futbolçunun "Mançester Yunayted"lə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, B.Şeşkonun dəyəri 75 milyon avrodur.