Mane “Əl-Nəsr”dən ayrıla bilər

"Əl-Nəsr"in seneqallı futbolçusu Sadio Mane klubdan ayrılmağa hazırlaşır.

Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, "Əl-Nəsr" Maneni satmaq niyyətindədir.

23 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 8 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Sadio Mane ötən mövsüm çıxış etdiyi 47 matçda 18 qol 14 məhsuldar ötürmə müəllifi olub.