Maquayr "İnter"ə keçməyəcək
"Mançester Yunayted"in stopperi Harri Maquayr klubda qalacaq.
Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu "İnter"ə transfer olmaq istəmir.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, H.Maquayr cari mövsüm meydana çıxdığı 25 matçda 2 qol, 2 asistlə yadda qalıb.